OnimaKids — böyüməkdə olan uşaq orqanizminin fiziki, zehni, emosional və immun inkişafını kompleks şəkildə dəstəkləmək üçün xüsusi olaraq hazırlanmış aminturşusu və vitamin tərkibli bioloji fəallığa malik qida əlavəsidir
Geniş tərkibə malik bu formula orqanizm üçün əvəzolunmaz və əvəzolunan 20 müxtəlif amin turşusunun və yüksək dozada C vitamininin təbii sinergiyasına əsaslanır
Formuladakı triptofan, qlutamin, qlisin, serin və tirozin kimi komponentlər baş beyin qabığının və sinir sisteminin funksiyasını tənzimləyir. Bu maddələr uşaqlarda zehni inkişafı, diqqət toplanmasını, qavramanı, yaddaşı və yuxu rejimini dəstəkləyir, erkən yaşda rast gəlinən həyəcan və əsəbilik kimi halların azaldılmasına kömək edir. Tərkibindəki sistein və metionin isə təbii detoksikasiya proseslərində iştirak edərək hüceyrələrin zərərli maddələrdən təmizlənməsini və qaraciyər funksiyasının qorunmasını təmin edir.
Məhsulun tərkibindəki 100 mg C vitamini güclü antioksidant olaraq immun sistemini möhkəmləndirir, orqanizmin infeksion və virus xəstəliklərinə qarşı müqavimətini artırır, kollagen sintezini dəstəkləyir və tərkibdəki aminturşularının orqanizm tərəfindən maksimum dərəcədə mənimsənilməsini təmin edir