Kanison Forte

Kanison Forte

Kapsul

30 kapsul

Kanison Forte — dəmir çatışmazlığının əlavə mənbəyi kimi tövsiyə olunan, qan yaranma prosesini, immuniteti və hüceyrə səviyyəsində enerjini dəstəkləmək üçün nəzərdə tutulmuş kompleks tərkibli bioloji fəallığa malik qida əlavəsidir. Tərkibindəki hər bir aktiv maddə bir-birinin təsirini gücləndirərək sinergetik effekti təmin edir və orqanizmə hərtərəfli dəstək verir.

Məhsulun tərkibindəki Dəmir Fumarat orqanizm tərəfindən yüksək həzm olunma dərəcəsinə malik dəmir formasıdır. O, qırmızı qan hüceyrələrində hemoqlobinin sintezində birbaşa iştirak edərək oksigenin bütün toxuma və organlara daşınmasını təmin edir, toxuma hipoksiyasının və dəmir çatışmazlığı riskinin qarşısını alır.

Tərkibdə yer alan Fol turşusu (Vitamin B9) hüceyrə bölünməsi, nuklein turşularının sintezi və yeni qan hüceyrələrinin yaranması prosesində əvəzsiz rol oynayır. Qan dövranı sisteminin normal fəaliyyətini saxlayır və eritrositlərin yetkinləşməsinə kömək edir.

Məhsula əlavə olunmuş Sianokobalamin (Vitamin B12) sinir liflərinin örtüyünü qoruyur, mərkəzi və periferik sinir sisteminin funksiyasını dəstəkləyir. Fol turşusu ilə birlikdə qırmızı qan hüceyrələrinin (eritrositlərin) düzgün əmələ gəlməsinə və inkişafına birbaşa yardım edir.

Tərkibindəki Askorbin turşusu (Vitamin C) güclü antioksidant olmaqla yanaşı, dəmir ionlarının həzm traktından sorulmasını və bədən hüceyrələri tərəfindən mənimsənilməsini dəfələrlə artırır, dəmirlə zənginləşdirmə prosesinin effektivliyini maksimuma çatdırır.

Bu vasitə haddən artıq yorğunluq, xroniki halsızlıq, əmək qabiliyyətinin aşağı düşməsi, dəmir çatışmazlığı və anemiya riskinin qarşısının alınması zamanı orqanizmin dəmir və vital vitaminlərə olan ehtiyacını ödəyən etibarlı mənbədir.

Paylaş: