FEBETA tərkibindəki Beta Qlükan və C vitamini kombinasiyası sayəsində orqanizmin müdafiə sistemini gücləndirmək üçün nəzərdə tutulmuş təbii immunitet dəstəkçisidir.
Məhsul immunitet hüceyrələrini aktivləşdirərək orqanizmin virus, bakteriya və infeksiyalara qarşı müqavimətini yüksəldir. Mövsümi soyuqdəymə, qrip və tənəffüs yolu xəstəlikləri zamanı xəstələnmə riskini azaldır, yaranan xəstəliklərin gedişatını yüngülləşdirir və sağalma prosesini sürətləndirir.
Güclü antioksidant xüsusiyyətinə malik olan C vitamini hüceyrələri zərərli maddələrdən qoruyur, yorğunluğu və halsızlığı aradan qaldırmağa kömək edir. Xəstəliklərdən sonrakı bərpa dövründə orqanizmə enerji və gümrahlıq verir.
Xüsusi meyvə dadı sayəsində uşaqlar tərəfindən də rahatlıqla qəbul edilir. 4 yaşdan yuxarı uşaqlar və böyüklər tərəfindən immuniteti mövsümi dəyişikliklərdə və infeksiya riskinin yüksək olduğu dövrlərdə qorumaq üçün istifadə olunur.