Arche

Arche

Məhlul (Sirop)

15 ml

Arche — Vitamin D3 və Vitamin K2-nin əlavə mənbəyi kimi tövsiyə olunan, sümük-əzələ sistemini, immuniteti, dişlərin sağlamlığını və ürək-damar sistemini dəstəkləmək üçün nəzərdə tutulmuş kompleks tərkibli bioloji fəallığa malik qida əlavəsidir. Təbii 100% zeytun yağı əsasında hazırlanması yağda həll olan bu vitaminlərin həzm sistemində mənimsənilməsini, biologiya aktivliyini və bioyararlılığını maksimum dərəcədə artırır.


Məhsulun tərkibindəki Vitamin D3 kalsium və fosforun həzm sistemindən sorulmasını tənzimləyir, sümüklərin və dişlərin möhkəmlənməsində həlledici rol oynayır. D3 vitamini həmçinin immunitet sisteminin hüceyrələrini aktivləşdirərək orqanizmin müxtəlif infeksiyalara və viruslara qarşı müqavimətini artırır, əzələ tonusunu tənzimləyir və əzələ zəifliyinin qarşısını almağa kömək edir.


Tərkibdə yer alan Vitamin K2 kalsiumun qandan birbaşa sümük və diş toxumasına yönəldilməsini təmin edir, kalsiumun sümüklərdə düzgün çökməsini stimullaşdırır. Eyni zamanda kalsium ionlarının damar divarlarında, oynaq kıkırdaklarında və yumşaq toxumalarda toplanmasının (kalsifikasiyanın) qarşısını alaraq damar elastikliyini qoruyur və ürək-damar sisteminin normal fəaliyyətinə birbaşa dəstək verir.


Köməkçi maddə kimi tərkibə daxil edilən 100% Zeytun yağı yağda həll olan D3 və K2 vitaminlərinin mədə-bağırsaq traktından sürətli, maneəsiz və optimal dərəcədə sorulmasını təmin edən təbii daşıyıcı mühit rolunu oynayır.

Bu vasitə sümük zəifliyi, raxit riskinin qarşısının alınması, tez-tez xəstələnmə, immunitet zəifliyi və D3/K2 vitamin çatışmazlığı hallarında orqanizmin gündəlik tələbatını tam ödəyən etibarlı mənbədir.

Paylaş: